Erməni KİV: Zəngəzurun bu bölgəsi tamamilə Azərbaycanın nəzarətinə keçəcək – FOTO

0
28
gorus-davidbek-yolu

Zəngəzurun Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə veriləcək.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Həmin qəzetin məlumatına görə, ikitərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən üç il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. 3 ildən sonra isə Ermənistan həmin yolu tamamilə Azərbaycanın nəzarətinə verib, yeni çəkilən yoldan istifadə etməyə başlayacaq.
“Hraparak”ın iddiasına görə, bu razılaşma Ermənistanın baş naziri Nikol Paşinyan və Müdafiə nazirinin birbaşa iştirakı ilə əldə edilib. Yeniavaz.com

Əvvəlki məqaləTƏBİB COVID-19 əleyhinə vaksinin əlavə təsirlərini açıqlayıb
Növbəti məqalədəHəftəsonu yarmarkaları yenidən təşkil olunacaq