Binəqədidə kənd təsərrüfatı yarmarkası – Vətəndaş məmnunluğu təmin olunur – Fotolar

0
64
yarmarka-bazar-ticaret-kend-teserrufati-qiymetler3.jpeg

Məlum olduğu kimi, hər həftənin şənbə və bazar günləri Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının “Kənddən Şəhərə” satış yarmarkası təşkil edilir.

Bineqedi.info saytı xəbər verir ki, Süleyman Sani Axundov küçəsi 5b ünvanında (“İnqilab” kinoteatrının yanı) təşkil olunan yarmarkada rayon sakinləri ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını ucuz, sərfəli qiymətə əldə edirlər.

“Kənddən Şəhərə” Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi layihədir.

yarmarka-bazar-ticaret-kend-teserrufati1.jpegBu satış yarmarkasının keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, həm də süni qiymət artımının qarşısının alınmasıdır.

Eyni zamanda layihınin məqsədi ölkə əhalisini keyfiyyətli və sağlam kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışına dəstək göstərməkdən, bununla da kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq və onların sosial rifahını yaxşılaşdırmaqdan ibarətdir.

yarmarka-bazar-ticaret-kend-teserrufati-qiymetler3.jpegBütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil edildiyi yarmarkada alıcılar mövsümi meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala bilirlər.

Bineqedi.info saytı yarmarkadan çəkilmiş fotoları təqdim edir.yarmarka-bazar-ticaret-kend-teserrufati2.jpeg

yarmarka-bazar-ticaret-kend-teserrufati-bineqedi.jpeg

yarmarka-bazar-ticaret-kend-teserrufati5.jpeg

bazar-yarmarka-ticaret-kend-teserrufati.jpeg

bineqedi-rayonu-kendden-sehere-yarmarka2.jpegyarmarka-bazar-ticaret-kend-teserrufati7.jpeg

 

Əvvəlki məqaləBinəqədi qəsəbəsində təmizlik-abadlıq işləri davam etdirilir – Fotolar
Növbəti məqalədəBinəqədi RİH televiziya binalarına ekskursiya təşkil edib – Fotolar