DİM-in elektron xidmətlərindən istifadə edənlərin nəzərinə

0
36

Dövlət İmtahan Mərkəzi təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərə xəbərdarlıq edib. 

Bineqedi.info-nun məlumatına görə, DİM istifadəçilərin nəzərinə çatdırıb ki, quruma məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 17,18,19 mart tarixlərində Mərkəzin bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

Bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.
Bineqedi.info
Əvvəlki məqaləBinəqədidə avtomobil aşıb, ölən var
Növbəti məqalədəBinəqədidə doğum günü məclisindən çıxan həkimlər qəza törədiblər