Bakıda bıçaqlanma hadisəsi baş verib.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində mübahisə zəminində bıçaqlanan 1987-ci il təvəllüdlü Zülfüqarov Elməddin Həsən oğlu xalası oğlunun köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı onun kürək nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunur. Hadisənin təfərrüatı araşdırılır.