“Azərbaycan Dəmir Yolları” Binəqədi rayonunda mədəniyyət və incəsənət müəssisəsi tikdirir

0
29

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakıda bir obyektin tikintisinə icazə verib.

Bineqedi.info saytı bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, bu, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə (“Dərnəgül” metrostansiyasının yanında) yerləşən qeyri-yaşayış kompleksidir (konfrans zalı, yeməkxana, tədris korpusuna keçid).

1,2 hektar ərazini əhatə edəcək 2 mərtəbəli yeni binanı “Modus.K” MMC inşa edəcək.

Əvvəlki məqaləBuraxılış imtahanlarına 2 gün qalıb
Növbəti məqalədə“Büdcə təşkilatlarının maliyyə əməliyyatları vahid sistemdə işlənsin”