Binəqədidə iki avtomobil toqquşdu: Bir nəfər xəstəxanalıq oldu

0
39
Binəqədidə eyni evdə bacı və qardaş bıçaqlanıb

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü, Hüseynov Xətai Xəqani oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bədənin müştərək travması və açıq kəllə-beyin travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə polkovnik-leytenant Ruslan Tağıyevin xatirəsinə həsr olunmuş turnirin açılışı olub – Fotolar
Növbəti məqalədəErməni qadın Azərbaycan dilində mahnı oxudu – Video