“Bakıda salınan parkların birinə Türkiyə-Pakistan-İsrail dostluq parkı adı verilməlidir. Onların bayraqları orada asılmalıdır”.
Bu təkliflə deputat Fazil Mustafa Milli Məclisdə çıxış edib.
O qeyd edib ki, Vətən müharibəsində 4 dövlət daha böyük miqyasda ölkəmizə dəstəyini göstərib: “Bunlar Türkiyə, İsrail, Pakistan və Əfqanıstandır. Bəzən sosial şəbəkələrdə bu dövlətlərə qarşı neqativ münasibətlər səsləndirilir. Biz cəmiyyət olaraq bunun qarşısında durmağı bacarmalıyıq. Onlar bizim dostumuzdur, müharibə zamanı bunun şahidi olduq”.