Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Şahmat” turniri keçirilib.
Bineqedi.info xəbər verir ki, “Şahmat” turnirinin nəticəsinə əsasən, 1-ci yeri “Ulu Öndər” komandası , 2-ci yeri “Lider” komandası, 3-cü yeri “Qızıl Çinar” komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak edib.
Bineqedi.info