Binəqədidə üçmərtəbəli evdə yanğın olub, bir nəfər xilas edilib

0
28
bineqedi-yangin-fhn-yanginsondurme

Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli evdə yanğın olub.

Bineqedi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 618 kvadrat metr olan (hər mərtəbəsi 206 ) üçmərtəbəli evin ikinci mərtəbəsində pəncərə altlığı 0,5 kvadrat metr sahədə və bir ədəd kondisioner, üçüncü mərtəbəsində ayrı-ayrı otaqlarda 6 kvadrat metr sahədə məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər xilas olunub.

Yanğının yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bineqedi.info

Əvvəlki məqaləBu küçələrdə məhdudiyyət vaxtından əvvəl aradan qaldırılır – Siyahı
Növbəti məqalədəBinəqədidə baş vermiş yol qəzalarında xəsarət alanlar var