Binəqədidə fəaliyyət göstərən tibb müəssisələrində vaksinasiya prosesi uğurla davam edir

0
37

Binəqədi rayonunda fəaliyyət göstərən tibb müəssisələrində “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) birgə təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirilir.
Bineqedi.info-ya verilən məlumata görə, İcra Hakimiyyəti Başçısının Qəsəbə və Sahə inzibari ərazi dairələri üzrə nümayəndəliklərinin, Binəqədi rayon Bələdiyyələrinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin fəal gəncləri tərəfindən rayonunun müxtəlif ərazilərində- iaşə obyektlərində, təhsil və mədəniyyət müəssisələrində, rayonun əsas küçə və prospeklərində, gənclərin sağlamlıq və inkişaf mərkəzlərində plakatlar yapışdırılır, bukletlər vətəndaşlara paylanılaraq maarifləndirmə işləri aparılır.
Qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə – vaksinasiyaya yönəltməkdir. Çöl reklamları və çap materiallarında “COVID-19” pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.
Əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki – darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: “Peyvənd olunaq – darıxdığımız həyatı qaytaraq”.
Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.
Qaydalara əməl edək, sağlam olaq!

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə motosiklet avtomobillə toqquşub: Gənc xəsarət alıb
Növbəti məqalədəBinəqədidə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib