Binəqədidə “Son zəng” gününə həsr edilmiş onlayn tədbir keçirilib

0
62

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Son zəng” gününə həsr edilmiş onlayn tədbir keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi rayon Gənclər və İdman idarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin Ələkbər Mustafayev, Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov, orta ümumtəhsil müəssisələinin direktorları, müəllimlər və şagirdlər iştirak edirdilər.
Tədbirdə vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov 2020-2021-ci tədris ili ərzində Binəqədi rayonu ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin əldə etdiyi uğurlar haqqında iştirakçılara ətraflı məlumat verdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Sülymanova bütün məzunlara uğurlar arzu edərək onların ölkəmizə və vətənimizə layiqli vətəndaş olacaqlarına əmin olduğunu qeyd etdi.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bu gün məzun olan şagirdlərin Azərbaycanın gələcəyi olduğunu və onların üzərlərinə düşən vəzifələrin öhdəsidən uğurla gələcəklərinə və etimadı doğruldacaqlarına inandığını bildirdi.
Daha sonra çıxış edən Binəqədi rayonu, 297 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Nazir Əliyev hər bir məzunun Azərbaycan üçün dəyərli və əvəzolunmaz olduğunu qeyd edərək həyatlarının yeni mərhələsində onlara uğurlar arzu etdi. Orta məktəb müəllimləri adından Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Yaşar Allahverdiyev məzunları təbrik edərək onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzu etdi. Orta məktəb məzunları adından Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Murad Xəlilli və Binəqədi rayonu 284 nömrəli tam orta məktəbin şagirdi Gülay Nəzərli göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkür etdilər.
Tədbir 6 saylı Uşaq və Gənclərin Yaradıcılıq və İnkişafı mərkəzinin ansamblı tərəfindən təşkil edilən bədii kompozisiya ilə davam etdi.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Növbəti məqalədəAzərbaycanda Milli Qurtuluş Günüdür