Təltif edilmiş şəxslərə Binəqədidə medallar təqdim olundu – Fotolar

0
57

Binəqədi Rayon İcra Hakimiyyəti və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrinin Yaranmasinin 103-cü ildönümü və Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş şəhid olmuş, xəsarət almış və Prezident tərəfindən təltif edilmiş şəxslərə orden,  medal və onların vəsiqələrinin  (ölümündən sonra təltif olunanların ailə üzvlərinə) təqdim edilməsi münasibətilə tədbir keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Şəhid ailələri və vətən müharibəsi iştirakçıları, qazilər, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, icra nümayəndələri, Milli Məclisin üzvləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Elxan Allahverdiyev şəhid ailələrini, qaziləri, Vətən müharibəsi iştirakçılarını salamlayaraq Milli Ordumuzun yaranmasının 103-cü ildönümü münasibətilə  tədbir iştirakçılarını təbrik etdi və ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər barədə məlumat verdi.

Daha sonra çıxış edən millət vəkili Azay Quliyev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan xalqının milli qürur günlərindən biridir. İgid oğullarımız torpaqlarımızın azadlığı uğrunda cəsarətlə vuruşdular. Cəsur zabit və əsgərlərimiz Azərbaycan tarixinin şanlı qəhrəmanlıq salnaməsini yazdılar.

Daha sonra idarə rəisi polkovnik-leytenant Nicat Həsənov öz çıxışında – Azərbaycan Ordusunun şanlı tarixindən geniş məlumat verərək 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın nəhayət ki, ölkəmiz qarşısında diz çökdüyünü, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi qələbənin Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdiyini bildirib.

Tədbirdə ölümündən sonra təltif edilən şəhidlərimizin ailə üzvlərinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub.

Mükafatlandırma bitdikdən sonra şəhid ailələrinin, qazilərin və döyüşçülərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti səsləndirildi. Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident! Bu əlamətdar gündə Şəhidlərimizin ölməz xatirəsini ehtiramla yad edir, qazilərimizə sağlamlıq arzulayır və Sizi əmin edirik ki, biz şəhid ailələri, qazilər və döyüşçülər Sizin bütün işlərinizi  dəstəkləyir və Sizinlə bir yerdə olduğumuzu bəyan edirik.”​​

Bineqedi.info




Əvvəlki məqaləİlham Əliyev “Gülüstan” sarayında hərbçilərlə görüşdü – Fotolar+Video
Növbəti məqalədəBinəqədidə yanğın baş verib