Türkiyəyə göndərilən daha dörd qazimiz sağalaraq vətənə geri dönüb.
Bineqedi.info saytı xəbər verir ki, bu barədə “YAŞAT” Fondu tərəfindən məlumat verilib.
Bildirilib ki, ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən dörd qazimiz; Nurəliyev Rauf Bəhman oğlu, Musayev Gündüz Sabir oğlu, Abdurrəhmənov Nicat İlqar oğlu, Muradov Turan Xudat oğlu sağalaraq Azərbaycana geri dönüblər.
Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 56 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.