“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
Ölkəmizdə yanvarın 18-dən etibarən koronavirusa qarşı başlanılan peyvəndləmənin könüllü olmasına baxmayaraq, vətəndaşların prosesdə aktiv iştirakı ən qısa zamanda normal həyata qayıtmağımızın təminatı ola bilər. Dövlət tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyünü nəzərə alaraq bizim üçün yaradılan bu unikal şansdan maksimum faydalanıb, əvvəlki günlərimizə qaldığımız yerdən davam edə bilərik.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları “COVİD-19” əleyhinə 2-ci doza peyvənd olundular.
Bineqedi.info