Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Rayonun Xocahəsən qəsəbəsinə yolu keçən 2007-ci il təvəllüdlü Rəhimov Süleyman Sahib oğlunu minik avtomobili vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.