Binəqədidə telefon rabitə xətti oğurlayan qardaşlar saxlanıldı

0
69
altinci-polis-bolmesi

Binəqədi rayonunda telefon rabitə xəttini oğurlayan qardaşlar saxlanılıb.

Bineqedi.info-nun məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən Mirağa və Mirsamir Birbalazadə tutulub.

Qardaşlar Binəqədi rayonunun Biləcəri qəsəbəsindən Bakı Şəhər Telefon İstehsal Birliyinə məxsus ümumi dəyəri 1 092 manat olan 185 metr uzunluğunda telefon rabitə xəttini oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə beşmərtəbəli binada yanğın olub, xəsarət alan var
Növbəti məqalədəAzərbaycanın xarici siyasətində Qoşulmama Hərəkatına sədrliyi xüsusi əhəmiyyət daşıyır