Binəqədidə üç avtomobil toqquşub

0
28

Bakı şəhərinin Binəqədi rayonunda “Shacman” markalı yük, “Kia” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əvvəlki məqaləMüdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı məlumat yaydı – VİDEO
Növbəti məqalədəPrecisely what is the Best Worldwide Dating Site?