Binəqədi rayonunda hesabat seçki toplantısı keçirilib

0
91

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ictimai birliyinin Binəqədi rayon filialının hesabat seçki toplantısı keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, toplantıda Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ictimai birliyinin sədr müavini Cəlil Xəlilov, veteranlar və rayonda fəaliyyət göstərən ictimai birlik sədrləri iştirak etmişdirlər.
İlk öncə toplantıda rayon veteranlar təşkilatinin sədrinin müavini Teyyub Həsənovun hesabatı dinlənilmişdir.
Sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ictimai birliyinin sədr müavini Cəlil Xəlilov veteranların ən ümdə vəzifələrindən biri gənc nəslin Vətənə, xalqa məhəbbət ruhunda böyüməsinə, onlarda vətənpərvərlik hisslərinin aşılanmasında mühüm tədbirlərin keçirilməsinin zəruriliyini bildirmişdir.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkmiş, dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə olan diqqət və qayğısından danışmışdır. S.Süleymanova rayonda görülən abadlıq və quruculuq işlərində veteranların məsləhətlərinə həmişə ehtiyac duyulduğunu bildirmiş, eyni zamanda, onlara göstərilən diqqət və qayğıdan danışmışdır.
Məruzəçi və müzakirələrdə çıxış edənlər vurğulamışlar ki, veteranlar dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir, ölkəmizin tərəqqisi naminə səylərini bundan sonra da əsirgəməyəcəklər.
Konfransda Müharibə, Əmək, və Silahlı Qüvvələr Veteranları Təşkilatı ictimai birliyinin Binəqədi rayon filialına Teyyub Həsənov sədr seçilmişdir.

Əvvəlki məqaləBinəqədi sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
Növbəti məqalədəVətən müharibəsinə aid şeir – Sənə Zəfər yaraşır