Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə avqustun 25-də Binəqədi rayonunda şəhid Elnur Mustafayevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, turnirin nəticəsinə əsasən, 1-ci yeri “Vətən” komandası, 2-ci yeri “Mübariz” komandası, 3-cü yeri “Qarabağ” komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak etmişdir.
Turnirdə şəhidin ailəsi adından xatirə diplomunu şəhidin dayısı oğlu Şaiq Səfərov qəbul edib və şəhidlərimizin xatirəsinə həsr olunmuş turnirə görə müvafiq qurumlara minnətdarlıq edib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq, yarış müddətində COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub, eləcə də, iştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.
Bineqedi.info