Əməllərlə təsdiq olunan vədlər

0
65

Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində zərər çəkmiş mülki əhalinin, şəhid olan qəhrəmanlarımızın ailələrinin, qazilərin, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən silsilə fərman və sərəncamlar imzalanır.

Bütövlükdə, ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Prezident cənab İlham Əliyev sosial qayğıya ehtiyacı olan vətəndaşları hər zaman xüsusi nəzarətdə saxlayıb. Şəhid və qazi ailələrinin sosial təminatının yaxşılaşdırılması üçün dövlət bütün gücünü səfərbər edib. Həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş qəhrəman zabit və əsgərlərin ailələrinin mənzil təminatının, həmçinin qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda, müharibədə qəhrəmanlıqla döyüşmüş və qazi adı qazanmış veteranların avtomobillərlə təmin olunması üçün ölkədə bir çox sosial layihələr həyata keçirilib. Bu gün də belə sosial layihələr dövlət tərəfindən uğurla davam etdirilir.
Görülən işlər ardıcıl və planlı şəkildə bütün xalqımızın gözü qarşısında həyata keçirilir. Belə layihələrdən biri də Prezident cənab İlham Əliyevin 2021-ci il 26 avqust tarixində Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillərin təqdim etməsidir. Ümumilikdə 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olundu. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub.
Biz gənclər Qarabağ sevgisi ilə böyüdüldük. Fəxr edirəm ki, mən də Qarabağ müharibəsində iştirak etmişəm. Biz Qarabağ uğrunda aparılan döyüşləri zəfər ilə başa çatdırdıq. Biz Qarabağa yumruq kimi birləşən xalq, bütövləşən Azərbaycan kimi qayıtdıq. Biz Qarabağa yenilməz Müzəffər Ali Baş Komandanımız, güclü Ordumuzla, siyasi, sosial-iqtisadi, elmi, mədəni nailiyyətlərimizlə qayıtdıq. Bu parlaq qələbə heç şübhəsiz ki, cənab prezidentin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsi idi!
Müstəqilliymiz bərpa edildikdən sonra Ümummilli liderimiz Heydər Əliyev tarixi həqiqətlərin üzə çıxarılması, xalqımızın real tarixinin öyrənilib yazılması ilə bağlı böyük işlər görmüşdür. Ümmummilli lider Heydər Əliyev o zaman “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu fərman tarixi həqiqətlərin
araşdırlması üçün ciddi hüquqi sənəd idi və bütün dünyaya bəyan olundu ki, xalqımız dəfələrlə soyqırıma məruz qalıb. Ulu öndər eyni zamanda, “1948—1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzaladı ki, bu sənəd də tarixi əhəmiyyət kəsb etmişdir. Heydər Əliyev bu fərmanları imzalamaqla tarixi həqiqətlərimizi bəyan etdi. Ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə tarixi həqiqətlərin araşdırılması ilə bağlı bir çox qərarlar vermişdir. Bu siyasəti hazırda Prezidentimiz cənab İlham Əliyev böyük cəsarətlə, qətiyyətlə, uğurla davam etdirir.
Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla addımlayır. Xalqımızın 30 illik niskilinə Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti sayəsində son qoyuldu, torpaqlarımız işğaldan azad edildi. Bu zəfər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Biz Sizinləyik, möhtərəm Prezidentimiz!

Səməndər Mənəfov

Binəqədi RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Qarabağ qazisi

Əvvəlki məqaləBinəqədi sakini Paralimpiya çempionu oldu – Təbrik edirik
Növbəti məqalədəBinəqədi rayonunda avtomobil oğurlayan şəxs tutulub