Binəqədidə ikimərtəbəli evdə yanğın baş verib

0
56
yangin

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 kvadrat metr olan tikintisi başa çatmayan ikimərtəbəli evin birinci mərtəbəsində bir otağın və dəhlizin yanar konstruksiyaları 50 kvadrat metr sahədə yanıb.

Bineqedi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, həmçinin, mərtəbələr arasında taxta atmalar 15 kvadrat metr sahədə, bitişik ümumi sahəsi 90 kvadrat metr olan birmərtəbəli evin bir otağının tavanı 1 kvadrat metr sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Əvvəlki məqaləBinəqədidə Şəhidin xatirəsinə inşa olunmuş bulağın açılış mərasimi keçirilib – FOTO
Növbəti məqalədəBinəqədidə “KamAZ” piyadanı vurub