Binəqədidə taksi sürücülərinin yer üstündə davası ölümlə nəticələndi

0
109
polis-masini-hebs-cinayet

Bakıda taksi sürücülərinin yer üstündə dava etməsi ölümə səbəb olub.

Bineqedi.info saytı xəbər verir ki, “oxu.az”ın Binəqədi Rayon Prokurorluğundan əldə etdiyi məlumata görə, Nizami Ağayev digər taksi sürücüsü Yaşar Ağayevlə avtomobilin saxlanma yeri üstündə mübahisə edib.

Nəticədə onlar arasında dava baş verib.

Dava zamanı Y. Ağayev N. Ağayevi yerə yıxıb. Hadisə nəticəsində N. Ağayev aldığı xəsarətlərdən vəfat edib.

Y. Ağayev saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Əvvəlki məqaləİdmançımız dünya çempionatında qızıl medal qazandı
Növbəti məqalədəBinəqədidə “Bura Vətəndir” adlı onlayn rəqs müsabiqəsi keçirilir