Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi rayon 6 nömrəli Uşaq Gənclər inkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə
09-15 sentyabr 2021 tarixlərində 18 sentyabr – “Milli Musiqi günü” münasibətilə “Bura Vətəndir” onlayn rəqs müsabiqəsinə start verilir.
Bineqedi.info-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd:
– Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi;
– Rəqs sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsi və dəstəklənməsidir.
– Müsabiqədə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak edə bilər;
– Müsabiqədə yalnız milli rəqslər təqdim olunmalıdır;
– İştirakçılar öz rəqslərini milli geyimdə təqdim etməlidirlər;
– Rəqslər video formatda çəkilərək onlayn qaydada 09-15 sentyabr 2021-ci il tarixlərində Binəqədi rayon Gənclər və İdman İdarəsinin whatsapp nömrəsinə 077 228 00 70 göndərilməlidir;
Bineqedi.info