Binəqədidə iki qardaş 30 min manatlıq oğurluq etdi – FOTO/VİDEO

0
95
besinci-polis-bolmesi.

Binəqədi rayonunda paytaxt sakini olan bir nəfərin torpaq sahəsindən oğurluq edilib.

Bineqedi.info saytı xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər oradan dəyəri 30 min manat olan metal konstruksiyaları oğurlayaraq hadisə yerindən yayınıblar.

Zərərçəkən şəxs ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) məlumat verəndən dərhal sonra hadisəni tərədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri Zamin Fərəcov və qardaşı Cəbrayıl saxlanılıblar. Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

 

Əvvəlki məqaləBinəqədinin qəhrəman oğlu – şəhid polkovnik-leytenant Ağayev Həmdəm
Növbəti məqalədəBinəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı dünyasını dəyişib