Binəqədi rayonunda “Rahat” supermarketdə toyuq məhsullarının saxlanma rejiminə riayət edilmədiyi aşkar olunub

0
24

Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Bineqedi.info saytı xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, daxil olan müraciət əsasında Binəqədi rayonunun Binəqədi qəsəbəsində yerləşən “Rahat” supermarketdə araşdırmalar aparılıb.
Yoxlama zamanı toyuq məhsullarının saxlanıldığı vitrinlərdə saxlanma rejiminə riayət edilmədiyi, məhsulun etiket məlumatlarına əsasən soyudulmuş toyuq məhsullarının saxlanma rejimi +20 dərəcə C-də 5 gün qeyd olunduğu halda, ticarət şəbəkəsinin vitrinlərində məhsulların 12 dərəcə C temperaturda saxlanıldığı aşkarlanıb.
Aşkar edilmiş faktla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, nöqsanların aradan qaldırılması istiqamətində qida təhlükəsizliyi sahəsində texniki-normativ aktların tələbləri izah olunub və icrası məcburi göstərişlər verilib.

Əvvəlki məqaləVüsar İsmayılov YAP Binəqədi rayon təşkilatına sədr seçildi
Növbəti məqalədəBinəqədidə gənc qadın bıçaqlandı: Əri tutuldu