Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Hüseynəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Hüseybəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2020-ci il avqustun 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü Xalıq Bağırov bıçaqlanaraq qətlə yetirilib.
İstintaqla hadisənin zərərçəkmişin kürəkəni, 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən törədildiyi məlum olub.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət ittiham verilib.