Binəqədidə yüksək bal toplayan tələbələrlə konfrans keçirildi – Fotolar

0
72
elxan-bineqedi-icra
Binəqədi rayonunda 2020-2021-ci tədris ilinin yekunları münasibətilə keçirilən və yüksək bal toplayaraq ali təhsil ocaqlarına daxil olmuş abituriyentlərlə görüşə həsr olunmuş təhsil konfransı keçirilib.
Bineqedi.info tədbir “ZOOM” platformasında və canlı keçirilməklə iki hissədən ibarət olub.
Tədbirin I hissəsində Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin direktorları və pedoqoji kollektivi iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov konfransın tarixi əhəmiyyətli bir günə- Cəbrayıl şəhəri və ətraf kəndlərinin azad edildiyi günə təsadüf etdiyini vurğuladıqdan sonra Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova “Binəqədi rayonunda 2020-2021-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış etdi. Sevinc Süleymanova bildirdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, Fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəltdiyini vurğuladı.
Bir 2 nəfər, ayaqüstə duran insanlar, mebel, ofis və içəridə şəkili ola bilər
Hesabat çıxışından sonra 276 saylı tam orta məktəbin direktoru əməkdar müəllim Bəhram Şiriyev məktəbin əldə etdiyi uğurlardan geniş bəhs edərək keyfiyyətli tədris, şagirdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə ötən tədris ilində görülən işləri və reallaşdırılacaq layihələrdən məlumat verdi. Sonda məzunları təbrik etdi və onlara gələcək fəaliyyətində uğurlar arzu etdi.
Konfrans onlayn diskusiya şəklində davam etdi.
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Tədbirin II hissəsində yüksək bal toplayaraq ali təhsil ocaqlarına qəbul olmuş və prezident təqaüdünə layiq görülmüş tələbə adını qazanan gənclərlə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşları iştirak edirdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev rayonumuzun çətin bilik yarışmasında qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirdilər ki, onların bu qələbəsi- tələbə adını qazanması bu gün daha böyük önəm daşıyır. Çətin pandemiya şəraitində məcburən dəyişdirilmiş tədris prosesindən keçərək gecə-gündüz çalışaraq dövlətimizin çox çətin, ekstremal şəraitdə insanların həyat, məişət və təhsil şəraitinin zərər görməməsi üçün həyata keçirdiyi təxirəsalınmaz tədbirlər fonunda arzuladıqları tələbə adına qovuşmaqları böyük fədakarlıqdır.
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov gəncləri təbrik etdikdən sonra bildirdi ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gündə davam etməkdədir.
Görüşdə tələbə adını qazanmış gənclər çıxış edərək, onlara yaradılan şəraitə, diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər.
Sonda tələbə gənclərə hədiyyələri təqdim edilmiş və onlarla xatirə şəkli çəkilib.
Bineqedi.info
Bir 2 nəfər, saqqal, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "QARABAĞ GARABAGH soHan" şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 4 nəfər, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, saqqal, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, saqqal, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 4 nəfər, saqqal, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 1 nəfər, ayaqda və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 3 nəfər, ayaqüstə duran insanlar və mətn şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər

Bir 2 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 4 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 3 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 4 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləBinəqədinin qəhrəman oğlu – şəhid kapitan Zeynalov Tural Ruslan oğlu
Növbəti məqalədəBinəqədi rayonunda “Beynəlxalq Müəllimlər Günü” münasibətilə görüş keçirilib – FOTOLAR