8 noyabr-Zəfər gününə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə Bakı şəhər birinciliyində Binəqədi rayon 244 nömrəli tam orta məktəbin komandası ll yerə layiq görülmüşdür.
Bineqedi.info-ya verilən məlumata görə, mükafatlandırma ilə əlaqədar olaraq Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Elmar İbadlı, Binəqədi Rayon Gənclər və idman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva, komandanın məşqçisi Vüqar İskəndərov təltifolunma mərasimində iştirak etmişlər.
Qeyd edək ki, komandamızı Aslanov Emil İlqar oğlu (2005), Pənahov Rahim Tehran oğlu (2005), İsayev Kənan Azər oğlu (2006) və Hümbətov Amil Anar oğlu (2007) təmsil edirdi.
Komandanın hər bir üzvünü əldə etdikləri nailiyyət münasibətilə təbrik edir, uğurlarının davamını arzu edirik.
Bineqedi.info