“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində təlim keçirilib

0
109
bineqedi-gencler-evi

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Azərbaycan tarixinin təbliği: Azərbaycan qədim coğrafi xəritələrdə” mövzusunda təlim-mühazirə keçirilib.
Bineqedi.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, “İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri və layihə rəhbəri Abbas Pənahov, ekspert – “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin nümayəndəsi Amal Əsgərov, gənclər iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında Azərbaycan tarixinin təbliğ edilməsi, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin artırılmasıdır.

Əvvəlki məqaləAvqust ayında 11 gün iş olmayacaq
Növbəti məqalədə8-ci mikrorayon sakinləri ilə səyyar görüş keçirilib – Fotolar