“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhərinin 5 inzibati rayonunda qazlaşdırma işlərinin aparılması nəzərdə tutulub.
Birlikdən bildirilib ki, proqram üzrə Bakının Binəqədi, Xəzər, Suraxanı, Sabunçu və Qaradağ rayonlarında 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Bu genişmiqyaslı işə cari ilin sentyabrında başlanılması və mümkün qədər qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.
Məntəqələrin adı | Yeni massivlərin adları |
28 May qəsəbəsi | Dəmir yolunun alt və üst hissəsində yeni massiv |
Binəqədi qəsəbəsi | Duzlu göllə üzümlük plantasiyası arasında yerləşən yeni massiv |
Biləcəri qəsəbəsi | Aslanov küçəsindəki və 4 saylı “Ev Tikmə”Kombinatına gedən yolun sol tərəfindəki ərazilərə düşən yeni massiv |
Xəzər rayonu | – |
Binə qəsəbəsi | “Atçılıq” adlandırılan ərazidə badam bağlarının ətrafında yeni massiv |
Keçmiş Hövsan südçülük sovxozunun ərazisində “Lələtəpə” adlandırılan məhəllədə yeni massiv | |
“Kanalüstü” adlandırılan ərazidə yeni massiv | |
Buzovna qəsəbəsi | Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki, “Albalılıq” və “Təmənis” adlandırılan ərazilərə düşən yeni massiv |
Şüvəlan qəsəbəsi | Zirə-Pirallahı yolunun sol tərəfində yeni massiv |
“Şüvəlan gülçülük sovxozu”, “Mayak” və “Şimal DRES” adlandırılan ərazilərə düşən yeni massiv | |
Qaradağ rayonu | – |
Qobustan qəsəbəsi | “1-ci massiv”, “1-a massivi” və “2-a massivi” adlandırılan ərazilərə düşən yeni massiv |
“1-ci təzə yurd” adlandırılan yeni massiv | |
Şıxlar qəsəbəsi | “Şıxlar” adlandırılan ərazidə yeni massiv |
Heybət qəsəbəsi | “Heybət stansiyası” adlandırılan ərazidə yeni massiv |
Sabunçu rayonu | – |
Kürdəxanı qəsəbəsi | “Yeni məhəllə” və “Ləhiş bağları” adlandırılan ərazilərdə yeni massiv |
Ramana qəsəbəsi | D.Bünyadzadə küçəsində gölün yaxınlığındakı və “Şuşa şəhərciyi” adlandırılan ərazilərə düşən yeni massiv |
Maştağa qəsəbəsi | “Savalan”, “Yeni məhəllə” və “Xanlar” adlandırılan ərazilərə düşən yeni massiv |
“Ləhiş bağları” adlandırılan ərazidə yeni massiv | |
Zabrat qəsəbəsi | “Dağüstü” adlandırılan ərazidə yeni massiv |
Nardaran qəsəbəsi | “Ləhiş bağları” adlandırılan ərazidə yeni massiv |
Suraxanı rayonu | – |
Zığ qəsəbəsi | Əmircan-Hövsan yolunun 5-ci kilometrliyinin sağ tərəfindəki və “Dədə Qorqud” adlandırılan əraziyə düşən yeni massiv |
Hövsan qəsəbəsi | Hövsan-Türkan yolunun sol tərəfindəki ərazidə yeni massiv |
Yeni Suraxanı qəsəbəsi | Dəmir yolunun yaxınlığındakı ərazidə yeni massiv |
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə ölkə başçısının 2018-ci il 22 dekabr tarixli Fərmanı ilə Bakı şəhərinin bir sıra yeni yaşayış massivlərinin qazlaşdırılması tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən SOCAR-a 30 milyon manat vəsait ayrılıb.