Binəqədidə rəsm sərgisi keçirildi – FOTOLAR

0
10046
bineqedi-gencler-idman
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi rayon 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Binəqədi rayon 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə “Sağlam həyat naminə zərərli vərdişlərə yox deyək” mövzusunda rəsm sərgisi keçirilib. Bineqedi.info saytına verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd yeniyetmələri bu təhlükəli virusdan xəbərdar etmək, onlar özlərini necə qorumalı olduqlarını aşılamaq, sağlam həyat tərzinin təbliği, İstedadlı şağırdlərin rəsm işi sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva, mərkəzin direktoru Ziyat Nəbiyev, mədəni-kütləvi tədbirlər üzrə şöbə müdiri Nuranə Novruzova və mərkəzin təsviri incəsənət dərnəyinin rəhbərləri və üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açaraq Binəqədi rayon 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev bəşəriyyətin ən böyük bəlalarından olan QİÇS-in insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayaraq zərərli vərdişlərdən uzaq durmağın vacibliyini qeyd edib.
Sonra Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva çıxış edərək edərək XXI əsrin bəlası olan narkomaniyanın mənfi cəhətlərindən danışaraq, yeniyetmə və gənclərə zərərli vərdişlərdən uzaq olmağı, müxtəlif idman növləri, intellektual oyunlara maraq göstərməyi tövsiyə edib.
Sonda tədbir iştirakçılarına Binəqədi rayon Gənclər və İdman İdarəsinin Diplomları təqdim olunub.
Bineqedi.info
Bir 3 kişi ve iç mekan illüstrasyonu olabilir
Bir 3 kişi, çocuk ve ayakta duran insanlar görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, çocuk ve ayakta duran insanlar görseli olabilir
Bir 2 kişi, çocuk, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 2 kişi görseli olabilir
Sanat olabilir
Sanat olabilir
Bir 13 kişi, çocuk ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləBinəqədidə 13 yaşlı yeniyetmə qız 10-cu mərtəbədən yıxılıb
Növbəti məqalədəBinəqədidə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısı alınıb – FOTO