Azərbaycan İlham Əliyevin liderliyi ilə dostluq, təhlükəsizlik məkanına çevrilib

0
56
prezident-milli-meclis
Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan, müxtəlif xalqların və etnik qrupların nümayəndələrinin sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığı ərazi olaraq tanınmışdır.
Azərbaycan bu gün dünyada həm də qlobal əməkdaşlıq məkanı kimi dəyərləndirilməyə başlanılmışdır. Dövlətimizin daha da güclü, millətimizin daha firavan həyatı üçün bütün güclərini sərf edən, bir bayraq altında birləşərək vahid Azərbaycan xalqını formalaşdıran hər bir vətəndaşımızın dilinin əzbəri olan Ulu Öndər Heydər Əliyevin “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi dövlətimizin ideologiyası olan Azərbaycançılıq məfkurəsini formalaşdırmışdır.
Ümummilli Lider Heydər Əliyevin müxtəlif spektrlərdə formalaşdırdığı beynəlxalq əməkdaşlıq mühiti, genişmiqyaslı strategiyası Azərbaycanı böyük dövlətlərin ortaq məkanına çevirdi.
Sonra isə dünyanın siyasi mənzərəsini dərindən duymaq, onun gələcək istiqamətlərini dəqiq proqnozlaşdıraraq dahiyanə qərarlar qəbul etmək kimi böyük siyasi miras və Azərbaycanı bu yolda bütün təhlükələrdən qorumaq vəsiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ötürüldü.
Keçən dövrdə cənab İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsini ləyaqətlə və yüksək peşəkarlıqla davam və inkişaf etdirmiş və son 18 ildə ölkəmizə istər xarici, istərsə də daxili siyasətdə böyük uğurlar qazandırmışdır. Bu uğurlar təkcə ölkəmizin inkişafı və tərəqqisi üçün deyil, beynəlxalq və regional təhlükəsizliyin təmin olunması üçün də böyük əhəmiyyət kəsb etmişdir.
Bu gün Azərbaycanın inamlı, dinamik və dayanıqlı inkişafı, müstəqilliyini möhkəmləndirərək yeni strateji zirvələr fəth etməsi Heydər Əliyev siyasətini yeni müstəvidə davam etdirən dünya şöhrətli siyasətçi cənab İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə dostluq, təhlükəsizlik məkanına çevrilib. Əlbəttə ki, ölkəmizdə sabitliyin ən əsas təminatçısı xalq-iqtidar birliyi və bu birliyi qoruyub-saxlayan müdrik siyasətdir.
Mərkəzində Azərbaycan vətəndaşının rifah və mənafeyinin dayandığı nümunəvi sosial siyasətin həyata keçirilməsi – vətəndaş məmnunluğunun artırılması, regionların sosial-iqtisadi inkişaf konsepsiyasının uğurla reallaşdırılması kimi mühüm faktorlar ölkənin inklüziv və dayanıqlı yüksəlişinə böyük təkan verib.
Digər tərəfdən, Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə – bölgədə güc mərkəzinə, dünya siyasətində qüdrətli və nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. Respublikamızın beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti Azərbaycana, şəxsən cənab İlham Əliyevə olan böyük inam və etimadın ifadəsinin göstəricisidir.
“Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır” deyən Prezident İlham Əliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinin Komandanı kimi bugünə qədər məqsədyönlü şəkildə atdığı addımları ən ali zirvəyə çatdırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük zəhmət və güclü iradə hesabına formalaşdırdığı qəhrəman Azərbaycan Ordusunun və ölkəyə birbaşa rəhbərlik etdiyi bu illərdə həyata keçirdiyi dərin ideoloji işin və daima güc aldığı Azərbaycan xalqının birliyi nəticəsində itirilmiş ərazi bütövlüyümüzü bərpa etmişdir.
Vətən müharibəsində Azərbaycan vətəndaşları bütün güclərini Azərbaycan bayrağının və Ali Baş Komandanın dəmir yumruğunun altına cəm edərək işğalçıları torpaqlarımızından qovmaqla yanaşı, tarixi ədaləti bərpa edib Zəfər tarixini yazdılar.
Bu gün hər bir vətəndaşımızın, hər bir gəncimizin qəlbi qürur və qələbə hiss ilə döyünür. Qaçqın və məcbüri köçkünlərimiz tezliklə tarixi yurd yerlərinə qayıtmaq üçün can atır. Qarabağımızın dirçəlməsi, yenidənqurması sürətlə davam edir. Bütöv və müstəqil Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və əzmi ilə strateji hədəflərinə doğru addım-addım irəliləyir.
Biz bu şərəfli yolda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan cənab İlham Əliyevə yorulmaz güc, cəsarət, əzmkarlıq və daha böyük qələbələr arzu edirik.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın cənab Ali Baş Komandan!
Namiq Tarverdiyev,
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi
Əvvəlki məqaləUlu öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı
Növbəti məqalədəYAP Binəqədi rayon təşkilatı “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirib