Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində toplantı keçirilib.
Bineqedi.info xəbər verir ki, Birliyin rəisi Elmin Zamanovun rəhbərliyi ilə keçirilən toplantıda xidməti ərazidə aparılan monitorinqlərin nəticələri, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeli strukturlarında təmizlik işlərinin vəziyyəti müzakirə olunub.
Eyni zamanda, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində idarəçiliyin operativliyinin təmin edilməsi və cari təsərrüfat məsələləri müzakirə edilib.
Toplantıda Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi və əməkdaşları, onun struktur bölmələrinin və Xüsusi Təyinatlı MKİS-nin rəhbərləri iştirak ediblər.
Sonda Birliyin rəisi Elmin Zamanov tərəfindən MKİS rəislərinə, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.