Binəqədi rayon Xocahəsən Sağlamlıq Mərkəzinin sabiq direktorunun məhkəməsi başlayır

0
132
mehkeme-qanun-edalet

Binəqədi rayon Xocahəsən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, Bakı şəhər Binəqədi rayon Xocahəsən Sağlamlıq Mərkəzinin direktoru Əliyar Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.
Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi tanınıb.apa

 

Əvvəlki məqaləBinəqədidə nizamnamə kapitalı 400 min manata yaxın olan şirkət yaradılıb
Növbəti məqalədəBinəqədi rayon icra və probasiya şöbəsində işləmiş şəxs 3 il müddətinə azadlıqdan məhrum edildi