Binəqədidə arvadını bıçaqlamaqda təqsirli bilinən şəxsin məhkəməsi başlayıb

0
125

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən X. Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü T. Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri X. Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

X. Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.report

Əvvəlki məqaləBinəqədi rayon icra və probasiya şöbəsində işləmiş şəxs 3 il müddətinə azadlıqdan məhrum edildi
Növbəti məqalədə“Uşaqlar arasında yayılan virus COVID-19 deyil”