Bakıda avtomobil 54 yaşlı kişini vurub.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Yeddinci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Hüseynov Eldar Nizami oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.
Bineqedi.info