Binəqədi rayonunda kimliyi bilinməyən şəxs görün nə edib…

0
55
telefon-zeng-qaynar-xett-bineqedi

Binəqədi rayonunda kimliyi bəlli olmayan şəxs “112” telefon xidmətinə zəng edərək, “Azadlıq prospekti” metrostansiyası yaxınlığındakı çoxmərtəbəli binada yanğın olduğunu deyib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası cəlb edilib.

Lakin hər iki məlumat təsdiqini tapmayıb. Yalan məlumat verən şəxslər, bəlkə də, bunun nəticələrini dərk etmirlər, lakin nazirliyi, təcili tibbi yardımı, eləcə də, digər qurumları əsassız yerə məşğul və narahat edən “telefon terrorçu”larını cəza gözləyir.

Vəkil Elmar Süleymanov bildirib ki, həmin şəxslər qanunla 100 manat dəyərində cərimə oluna və ya beş ildən səkkiz ilə qədər həbs edilə bilər:

“Bu cür hallarda problem iki cür həll edilə bilir. Həmin şəxslər verdikləri məlumatdan asılı olaraq ya İnzibati Xətalar Məcəlləsinin, ya da Cinayət Məcəlləsinin müvafiq bəndinə görə məsuliyyətə cəlb oluna bilərlər.

Əgər bir şəxs polisə, təcili tibbi yardıma və ya FHN-ə zəng edib ictimai yükü olmayan hər hansı yalan məlumat verirsə, o halda bu, inzibati xəta hesab edilir. Araşdırma zamanı yalan məlumat təsdiqini taparsa, həmin şəxsə 100 manat məbləğində cərimə tətbiq edilir.

Əgər vətəndaş partlayış, yanğın olması, bomba qoyulması kimi cəmiyyətdə digər insanlara hər hansı təhlükə yarada biləcək hadisə haqqında əsassız, yalan məlumat verirsə, bu, artıq cinayət məsuliyyəti daşıyır.

Həmin şəxs haqqında Cinayət Məcəlləsinin 216-cı maddəsinə əsasən, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat verməyə görə beş ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Hüquqşünas bu cür “telefon terrorçu”larının yalnız bir şərtlə məsuliyyətdən azad oluna biləcəklərini də deyib:

“Məsələn, şəxs epilepsiya xəstəsidirsə, əqli cəhətdən bir qədər inkişafdan qalıbsa, onlar cinayət məsuliyyətindən azad edilmirlər. O şəxslər yalnız bir halda məsuliyyətdən azad edilə bilərlər ki, məhkəmədə, həqiqətən də, fəaliyyət qabiliyyətsiz hesab edilsinlər”.oxu.az

Əvvəlki məqaləİcra başçısı Biləcəri qəsəbə sakinlərinin qaldırdıqları məsələlərlə bağlı tapşırıq verdi
Növbəti məqalədəBinəqədidə güclü küləyin aşırdığı ağaclar ərazidən daşınır – Fotolar