Binəqədidə 20 nəfərin velosipedini oğurlayıb ticarət mərkəzində satdı – VİDEO

0
119
besinci-polis-bolmesi.

Binəqədidə 20 nəfərin velosipedini oğurlayan şəxs saxlanılıb.

Bineqedi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, paytaxt sakini olan bir nəfər Binəqədi RPİ 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus 1200 manat dəyərindəki velosiped yaşadığı binanın dəhlizindən oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Tofiq Mürsəlov saxlanılıb. Araşdırma zamanı onun Binəqədi rayonunda daha 19 vətəndaşa məxsus velosipedi oğurladığı müəyyən edilib.

Məlum olub ki, T.Mürsəlov oğurladığı velosipedlərin bir neçəsini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birində satıb. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bineqedi.info

Əvvəlki məqaləVətən Müharibəsi Qəhrəmanlarına ayrılmış mənzillər özəlləşdiriləcək
Növbəti məqalədəBinəqədi rayonundan olan gənclər fiziki bacarıqlarını sınayıblar