Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir!
Bineqedi.info saytına verilən məlumata görə, 22 aprel 2022-ci il tarixdə Binəqədi Gənclər Evində keçiriləcək olan layihənin növbəti görüşü “Zəngin milli irsimiz” mövzusunda rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova ilə olacaq.
Fəxriyyə Xələfova “EKSPO-2000” Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olub. O, beynəlxalq müsabiqələrdə diplom və mükafatlara layiq görülüb.
Tarix: 22 aprel


Bineqedi.info
