Azərbaycanda karantin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvinə dair təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib.
Bineqedi.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son nəticələr yaxın müddətdə açıqlanacaq.
Azərbaycanda qapalı məkanlarda tibbi maskadan istifadə tələbinin ləğvi gözlənilir.
V.Qurbanov qeyd edib ki, bununla bağlı qərar qəbul olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək: “Qərarın may ayının birinə, yoxsa yarım saata olacağını dəqiq deyə bilmərik”.
Bineqedi.info