Binəqədidə avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb

0
134
bineqedi-qetl-olum-qeza

Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 7-də saat 22 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S.Qasımovanın avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə 6-cı Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini Elçin Süleymanov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Bineqedi.info

Əvvəlki məqalə“Fəxri qonaq” layihəsinin növbəti qonağı Vüsalə Səid Əyyubqızı olub – FOTOLAR
Növbəti məqalədəMEDİA Binəqədidə jurnalistə qarşı hücumla bağlı məlumat yaydı