Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir!
Bineqedi.info saytı xəbər verir ki, 20 may 2022-ci il tarixdə Binəqədi Gənclər Evində keçiriləcək olan layihənin növbəti görüşü “İdman əngəl tanımır!” mövzusunda ikiqat paralimpiya çempionu İlham Zəkiyev ilə olacaq.
Qeyd edək ki, İ. Zəkiyev Azərbaycan ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 6-cı dan sahibi, Qarabağ müharibəsi əlili və qazisidir.
Tarix: 20 may
Saat: 15:00
Məkan: Binəqədi Gənclər Evi
