Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Gənclər Evində keçirilən layihənin növbəti görüşü Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə keçirilib.
“Eyni hədəfə doğru” mövzusunda olan görüşün qonaqları 2 qat Avropa, 3 qat dünya çempionu, 2 qat Olimpiya mükafatçısı, Avropa və İslam oyunlarının qalibi Hacı Əliyev, 5 qat dünya, 11 qat Avropa çempionu, Olimpiya oyunlarının gümüş mükafatçısı, Avropa və İslam oyunlarının qalibi Rafael Ağayev olub.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Günel Həsənova və gənclər iştirak edib.
Görüşdə Hacı Əliyev və Rafael Ağayev ilk öncə layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallar ətrafında danışıblar. Daha sonra onlar idmana necə başlamalarından, qazandıqları uğurlardan bəhs ediblər. İdmana yeni başlayan gənclərə məsləhətlərini veren idmançılarımız, onlar tərəfindən verilən sualları da ətraflı şəkildə cavablandırıblar.
Olduqca maraqlı keçən görüşün sonunda fəal gəncimiz Murad tərəfindən rəsm əsəri hədiyyə edilib.
Görüşdən sonra çay süfrəsində, Binəqədi Gənclər Evinin direktoru G. Həsənova tərəfindən fəalliyyətlərimiz, keçirilən layihələr haqqında ətraflı məlumat verilib.
Bineqedi.info













