Binəqədidə ağır qəzada yaralananların biri hamilə imiş

0
112
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Binəqədi rayonu, Goradil-Novxanı yolunda baş vermiş avtoqəza nəticəsində xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

Bineqedi.info xəbər verir ki, bu barədə qafqazinfo-ya Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, hadisə nəticəsində ağır yaralanmış iki nəfər Mərkəzin Reanimasiya, bir nəfər Travmatologiya şöbəsinə yerləşdirilib, digər iki nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: “Reanimasiya şöbəsinə yerləşdirilmiş 1980-ci il təvəllüdlü şəxsdə qabırğaların sınığı, burun sümüyünün sınığı, bud-çanaq oynağının çıxığı və 1986-cı il təvəllüdlü şəxsdə isə çanaq sümüklərində çoxsaylı sınıqlar diaqnozu qoyulub. Hər iki yaralının vəziyyəti ağır stabil qiymətləndirilir.

Travmatologiya şöbəsinə yerləşdirilən üçüncü, 1999-cu il təvəllüdlü şəxsdə isə sol bud sümüyünün çıxığı diaqnozu qoyulub və hamilə olması nəzərə alınaraq, xüsusi müayinələrdən keçirilib. Hazırda yaralının vəziyyəti normal qiymətləndirilir”.

Bineqedi.info

Əvvəlki məqaləM.Ə.Rəsulzadə qəsəbəsində 10 yaşlı uşağın barmağında qalan dəmir halqa belə çıxarıldı – Video
Növbəti məqalədəBinəqədidə 24 yaşlı gənc özünə xəsarət niyə yetirib?