Bakının Binəqədi rayonunda piyadalar sürücünü döyüb.
Bineqedi.info APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsi ərazisində baş verib.
1994-cü il təvəllüdlü Q. E. Əvəz oğlu və atası, 1968-ci il təvəllüdlü Ə. Q. yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən onları avtomobil vurub.
Xəsarət alan şəxslər avtomobilin sürücüsü ilə əlbəyaxa dava ediblər. Piyadaların hər ikisi müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.