Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
Bineqedi.info saytının “Report”a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Məmmədova Z. A. qızı qonşusu ilə mübahisə zamanı döyülüb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bineqedi.info