Binəqədidə qəssab dükanında bıçaqlanıb

0
96
bicaqlanma-bineqedi

Bakının Binəqədi rayonunda qəssab naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Vasif Abbas oğlu işlətdiyi ət dükanında naməlum şəraitdə qarnın ön divarından bıçaq xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bineqedi.com

Əvvəlki məqaləMillət vəkili Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə növbəti görüşünü keçirdi – FOTOLAR
Növbəti məqalədəPayızda xəstələnməmək üçün nə yeməliyik?