Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi – FOTOLAR

0
51
bineqedi-elxan-allahverdiyev-bineqedi.info.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbul iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşdə iştirak edən qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğunu vurğulayıb.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin mikrorayon ərazisində yerləşən binanın qarşısında söhbətgahın quraşdırılması, sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, binanın dezinfeksiya olunması, vətəndaşın işlə təmin olunması və ağacların budanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bineqedi.info
Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 15 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 10 nəfər, oturan insanlar və içəridə şəkili ola bilərBir 10 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləErmənistan atəşkəsi yenə pozdu – Üç hərbçimiz yaralandı
Növbəti məqalədəBinəqədidə şəhid ailələri, qazi və müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir – FOTOLAR