Binəqədidə daha bir qanunsuz tikintinin qarşısı alınıb – VİDEO

0
91
resulzade-qesebesi-bineqedi-rasulzade

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb.

Bineqedi.com xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyin məlumat yayıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetrə yaxın sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktını aşkarlayıb.

Göstərilən məsələ ilə əlaqədar müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyekt sökülüb.

Bineqedi.com

Əvvəlki məqaləGələn ildən pensiyalar nə qədər artacaq?
Növbəti məqalədəBinəqədidə şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb – FOTOLAR