Binəqədidə kişi küçədə söyüş söyənlərə irad tutduğu üçün bıçaqlanıb?

0
45
bineqedi-qetl-kafe-polis-binagadi

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bineqedi.com saytı APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəılüdlü Məmiyev Elçin Məmi oğlu yaşadığı evin yerləşdiyi küçədə naməlum şəxslərə işlətdikləri qeyri-etik ifadəyə görə irad tutub.

Bundan hiddətlənən naməlum şəxslərdən biri E.Məmiyevə bir neçə bıçaq zərbəsi vuraraq ərazidən uzaqlaşıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışını Binəqədi Rayon Polis İdarəsinin 6-ci bölməsinin əməkdaşları aparır.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi rayonunda Memorial Kompleksin açılışı oldu – FOTOLAR
Növbəti məqalədəArtıq ödənilmiş vəsaitin pensiyaçıdan tutulacağı hallar müəyyənləşib